Yunanıstan turistlərə 1 həftəlik pulsuz istirahət verəcək

Yunanıstan turistlərə 1 həftəlik pulsuz istirahət verəcək
Dünya 02 Avqust 2023 12:41

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Rodosda meşə yanğınları nəticəsində tətili yarımçıq qalan turistlərə bir həftəlik pulsuz tətil vəd edib.

Sitat.info xəbər  verir, Mitsotakis, İngiltərədə İTV yayımına verdiyi müsahibədə Yunan hökumətinin Rodosun yerli hökuməti ilə əməkdaşlıq edərək, yanğın səbəbiylə tətilini yarımçıq qoymalı olan turistlərə gələn yaz və ya payızda bir həftəlik pulsuz tətil təklif edəcəyini açıqlayıb.

İyul ayında adada baş verən meşə yanğınlarında təxminən 135 min hektar meşə sahəsi yanıb, yanğın səbəbiylə 20 min insan adadan təxliyə edilib.

Seymur Bənnayev

Sitat.info