NASA itirilmiş "Voyager 2" kosmik gəmisindən siqnal alır

NASA itirilmiş \"Voyager 2\" kosmik gəmisindən siqnal alır
Dünya 01 Avqust 2023 20:01

NASA səhv əmr göndərən və əlaqəni itirən "Voyager 2" kosmik gəmisindən günlər sonra siqnal aldıqlarını açıqladı.

Sitat.info xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Voyager Interstellar" Layihə Meneceri Suzanne Dodd verdiyi yazılı şərhdə, "Voyager 2"nin NASA-nın dünya miqyasında nəhəng radio antena kolleksiyası olan "Deep Space Network" vasitəsilə hələ də "canlı" olduğunu ifadə etdi.

Sözügedən inkişafın onları sevindirdiyini ifadə edən Dodd, ABŞ-ın Kaliforniya ştatındakı Jet Propulsion Laboratoriyası mütəxəssislərinin "Voyager 2"nin antenasını dünyaya qaytarmağa çalışacaqlarını qeyd etdi.

Seymur Bənnayev 

Sitat.info