Qətərdən Ukraynaya 100 milyon dollar

Qətərdən Ukraynaya 100 milyon dollar
Dünya 28 İyul 2023 22:02

Ukraynanın baş naziri Denis Şmiqal Qətərin humanitar yardım işləri çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracağını bəyan edib.

Sitat.info xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmiqal sosial media hesabında Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşdüyünü paylaşıb.

Görüş zamanı Ukraynaya humanitar yardım olaraq 100 milyon dollar ayıracaqlarını ifadə edən Əl Sani qeyd edən Şmiqal deyib: "Bu pul səhiyyə, təhsil, humanitar minalardan təmizləmə, digər mühüm sosial və humanitar layihələrin təmiri üçün istifadə olunacaq".

Seymur Bənnayev

Sitat.info