Bayden Zelenskiyə niyə zəng edir? - Ərdoğanın səfər xəbərindən sonra

Bayden Zelenskiyə niyə zəng edir? - Ərdoğanın səfər xəbərindən sonra
Dünya 27 Yanvar 2022 21:56

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Co Bayden arasında bu gün telefon danışığı olacaq.

APA-nın məlumatına görə, bu barədə V.Zelenskinin mətbuat katibi Sergey Nikiforov “Facebook” səhifəsində məlumat verib. Bildirilib ki, liderlər arasında baş tutacaq danışıqlarda sülh prosesi, təhlükəsizlik, xüsusilə enerji, müdafiə sahəsində əməkdaşlıq, makromaliyyə dəstəyi, anti-oliqarxiya islahatları məsələlərinə toxunacaq.

Qeyd edək ki, bu, yanvar ayında iki ölkə prezidentləri arasında keçirilən sayca ikinci görüşdür.