Polşa: Aİ-nin Belarusla sərhəd təhlükəsizliyini təmin etmək əsas prioritetimizdir

Polşa: Aİ-nin Belarusla sərhəd təhlükəsizliyini təmin etmək əsas prioritetimizdir
Dünya 27 İyul 2023 22:03

Polşa baş nazirinin müavini və hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski bəyan edib ki, Avropa İttifaqının (Aİ) Belarusla sərhədinin mühafizəsi onun hökumətinin əsas prioritetidir.

Sitat.info xəbər verir ki, Polşa baş nazirinin müavini, hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski və Polşanın müdafiə naziri Mariuş Blaşçak Aİ sərhədlərinin təhlükəsizliyi və Vaqner Qrupunun Belarusda məskunlaşması ilə bağlı qiymətləndirmələr aparıblar.

Aİ-nin Rusiyanın müttəfiqi Belarusla sərhədinin Rusiyanın oradakı hərbi mövcudluğu səbəbindən daha təhlükəli hala gəldiyini bildirən Kaçinski sərhədin təhlükəsizliyinin təmin edilməsinin Polşa hökumətinin ən yüksək prioriteti olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info