Rusiya bu ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalını qadağan etdi

Rusiya bu ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalını qadağan etdi
Dünya 25 İyul 2023 17:59

Rusiya dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyub.

Sitat.info xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada Qərb ölkələrinin sanksiyalarına qarşı əlavə əks addımların atılmağa davam etdiyi qeyd olunub.

Bu çərçivədə bəyanatda dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyulduğu, adı çəkilən ölkələrdən şərab idxalına tətbiq edilən gömrük rüsumunun 12,5 faizdən 20 faizə qaldırılmasına qərar verildiyi bildirilib.

Açıqlamada yerli istehsalçıların sözügedən məhsulların Aİ, ABŞ və Norveçdən idxalını dayandırmaqla bazardakı boşluğu dolduracağı vurğulanıb.

Seymur Bənnayev

Sitat.info