Moskva PUA-larla vuruldu

Moskva PUA-larla vuruldu
Dünya 24 İyul 2023 09:43

Ukrayna Moskvaya PUA-lar ilə hücum təşkil edib.

Sitat.info xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı görüntü paylaşıb. PUA-lardan biri Müdafiə Nazirliyinin 500 metr yaxınlığına düşüb.

Hücum bu gün səhər dörd radələrində həyata keçirilib.

Moskva meri Sergey Sobyanin ciddi dağıntıların və zərərçəkənlərin olmadığını bildirib.

PUA-lardan digəri isə biznes mərkəzinin binasına düşüb.