Miçotakis buna görə Türkiyəyə təşəkkür etdi

Miçotakis buna görə Türkiyəyə təşəkkür etdi
Dünya 22 İyul 2023 18:45

Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyəyə təşəkkür edib.

Sitat.info xəbər verir ki, baş nazir bu barədə Tvitterdə yazıb.

“Meşə yanğınları ilə mübarizədə Yunanıstana kömək etmək üçün 2 yanğınsöndürən təyyarə və 1 helikopter göndərən Türkiyəyə minnətdarlığımızı bildiririk. Təşəkkürlər Türkiyə!”, - Miçotakis bildirib.