Şimali Koreya yenidən ballistik raketlər atdı

Şimali Koreya yenidən ballistik raketlər atdı
Dünya 22 İyul 2023 10:40

Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə ballistik raket buraxıb.

Sitat.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreya və ABŞ kəşfiyyat orqanları atılan raketlərin növü və digər detallar haqda daha çox məlumat əldə etmək üçün buraxılışları təhlil ediblər.

Qeyd edilir ki, Pxenyan raket atışlarını yarımadada artan gərginlik fonunda həyata keçirib.