İtaliyada tornado olub

İtaliyada tornado olub
Dünya 21 İyul 2023 22:33

İtaliyanın Milan şəhərində tornado nəticəsində ağaclar aşıb, evlərin damları uçub.

Sitat.info xəbər verir ki, İtaliyada 47 dərəcəyə çatan temperatur şimal-qərb bölgələrində öz yerini tufan və tornadoya buraxıb.

Lombardiya bölgəsinin Milan şəhərində bu gün yerli vaxtla saat 11:00 radələrində yaranan tornado panikaya səbəb olub.

Tornadonun təsirli olduğu ərazilərdə ağaclar aşıb, evlərin damları uçub. Bəzi binalara ziyan dəyib.

Milanın şimal-şərqindəki Cernusco sul Naviglio və Gessate bölgələrində tornado səbəbiylə meydana gələn 110 hadisəyə yanğınsöndürənlər tərəfindən müdaxilə edildiyi bildirilib.

İtaliya Meteorologiya Xidməti tornado nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.

Seymur Bənnayev

Sitat.info