Rusiya və Çin Yapon dənizində birgə təlimlərini davam etdirir

Rusiya və Çin Yapon dənizində birgə təlimlərini davam etdirir
Dünya 21 İyul 2023 17:06

Rusiya və Çin Hərbi Dəniz Qüvvələri Yapon dənizində “Şimal Qarşılıqlı Fəaliyyət-2023” birgə hərbi dəniz təlimini davam etdirir.

Sitat.info xəbər verir ki, Çin Müdafiə Nazirliyinin bəyanatına görə, "Şimal Qarşılıqlı Fəaliyyət-2023" təliminin məqsədi strateji dəniz zolaqlarının təhlükəsizliyini təmin etmək, Çin və Rusiya silahlı qüvvələri arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, regional sülh və sabitliyi birgə qorumaq imkanlarını gücləndirmək və müxtəlif təhlükəsizlik çağırışlarına cavab verməkdir.

Seymur Bənnayev

Sitat.info