Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub
Dünya 25 Mart 2022 22:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, ikitərəfli görüşlərdə Türkiyə olaraq göstərdikləri səmərəli diplomatik səyləri qeyd edib.

Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib.