ABŞ-ın Kissincer müdrikliyinə ehtiyacı var

ABŞ-ın Kissincer müdrikliyinə ehtiyacı var
Dünya 19 İyul 2023 18:15

ABŞ-ın Çinə qarşı siyasəti Kissincerin diplomatik müdrikliyinə və keçmiş prezident Riçard Niksonun siyasi cəsarətinə ehtiyac duyur.

Sitat.info xəbr verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Çinin inkişafının güclü daxili hərəkətverici qüvvəsi və qaçılmaz tarixi məntiqi var, Çini dəyişdirməyə çalışmaq mümkün deyil. ABŞ-ın Çinlə bağlı siyasəti Kissincerin diplomatik müdrikliyini və Niksonun siyasi cəsarətini tələb edir”, - o bildirib.