Kolumbiyada seldə ölənlərin sayı artıb

Kolumbiyada seldə ölənlərin sayı artıb
Dünya 19 İyul 2023 16:08

Kolumbiyanın Cundinamarca bölgəsində sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib. İtkin düşmüş 13 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Sitat.info xəbər verir ki, Yerli hakimiyyət orqanlarından verilən açıqlamada şiddətli yağış nəticəsində baş verən sürüşmə nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilib. Rayonda 13 nəfərin hələ də axtarışda olduğu, 6 nəfərin yaralandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info