Ukraynadan daha bir hücum: Krımda hərbi baza partladıldı, yanğın ətrafa yayılır...
Rusiyanın ilhaq etdiyi Krımda hərbi bazada baş verən yanğına görə ən azı 2 min insanın bölgədən təxliyə ediləcəyi açıqlanıb.
Rusiyanın Krım valisi Sergey Aksenov bildirib ki, yanğınla əlaqədar 4 yaşayış məntəqəsində ən azı 2 min nəfər təxliyə ediləcək və yaxınlıqdakı magistral avtomobillərin hərəkətinə bağlanıb.
Yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, yanğının Ukraynanın hava hücumu nəticəsində sursat anbarında baş verdiyi iddia edilib.
Bazar ertəsi Krım körpüsünə hücum nəticəsində iki nəfər ölüb, bir uşaq isə yaralanıb. Rusiya prezidenti Vladimir Putin hadisəni “terror hücumu” kimi qiymətləndirərək Ukraynanı ittiham edib.
Məğrur,
Sitat.info