Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk etdi

Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk etdi
Dünya 17 İyul 2023 19:36

Türkiyənin "TQ Samsun" quru yük gəmisi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarını tərk edən sonuncu gəmi olub.

Sitat.info xəbər verir ki, quru yük gəmisi 38,8 min ton kənd təsərrüfatı məhsulları daşıyır.

"TQ Samsun" Qara dənizdəki taxıl dəhlizindən keçərək İstanbula çatıb. Gəmi daha sonra Niderlanda yola düşəcək.