Zelenskidən Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya

Zelenskidən Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya
Dünya 17 İyul 2023 18:22

Qara dəniz dəhlizinin Rusiya olmadan belə istifadəsi üçün hər şeyi etməliyik. Biz qorxmuruq.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını şərh edərkən deyib.

"İri gəmiçilik şirkətləri bizə müraciət ediblər. Onlar bildiriblər ki, əgər Ukrayna icazə versə və Türkiyə yol versə, o zaman hamı taxıl daşınmasını həyata keçirməyə hazırdır”, - Zelenski bildirib.

Qeyd edək ki, bu gün Rusiya "Taxıl sazişi"dən çıxdığını bəyan edib.