Ərdəbil ağır atletika üzrə İran çempionu oldu

Ərdəbil ağır atletika üzrə İran çempionu oldu
Dünya 17 İyul 2023 12:40

Ərdəbildə ağırlıqqaldırma üzrə İran çempionatı keçirilib.

Sitat.info xəbər verir ki, böyüklər kateqoriyası üzrə ərdəbilli idmançılar 9 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 12 medal qazanaraq çempionatda birinci yeri tutublar.

Hörmüzqan və Mazandaran əyalətləri isə sıra ilə ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, çempionatda 27 əyalətdən 106 idmançı iştirak edib.