Cənubi Koreya prezidenti Kiyevə gəldi

Cənubi Koreya prezidenti Kiyevə gəldi
Dünya 15 İyul 2023 12:10

Cənubi Koreya Prezidenti Yun Sok Yol Kiyevə qəfil səfər edib.

Sitat.info xəbər verir ki, Prezident artıq Buça və İrpendə olub. Bundan əvvəl prezident Litvada, daha sonra isə Polşada NATO-nun sammitində olub.

Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilib. Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib ki, "əslində Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın Alyansa üzvlük məsələsi həll olundu”.

Onun sözlərinə görə, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması başadüşüləndir: “Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.D. Kulebanın sözlərinə görə, Ukraynanın sammitdə iştirakı ilə psixoloji baryeri dəf etdi: “Aydındır ki, biz NATO-nun üzvü olacağıq. Tərəfdaşlarımız da bu fikirdədirlər”.