Makrona poctla kəsilmiş barmaq göndərildi

Makrona poctla kəsilmiş barmaq göndərildi
Dünya 14 İyul 2023 11:38

Fransa prezidenti Emmamuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayına poçt vasitəsilə kəsilmiş barmaq göndərilib.

Sitat.info xəbər verir ki, "Valeurs Actuelles" jurnalının xəbərinə görə, həftənin əvvəlində poçtla Yelisey sarayına kəsilmiş barmaq göndərilib.

Soyuducuda saxlanılan kəsilmiş barmaq daha sonra polisə təhvil verilib.

Bildirilib ki, barmağın aid olduğu şəxs müəyyən edilib və ona tibbi yardım göstərilib.

Yelisey Sarayı hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Seymur Bənnayev

Sitat.info