Zelenski: BMT baş katibinin də Qara Dəniz Taxıl Təşəbbüsü üzərində işləməsinə ehtiyac var
Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı işinə ehtiyac olduğunu deyib.
Sitat.info xəbər verir ki, Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç kimin heç kimlə müzakirə aparmayacağını bildirən Zelenski deyib: “Bu (Ukraynanın NATO-ya üzvlüyü) Ukraynadakı təhlükəsizlik vəziyyətinə əsaslanan real siyasi qərar olacaq”
Zelenski qeyd edib ki, onlar müttəfiqlərindən “güclü müdafiə təsdiqi” alıblar və bu, onlar üçün çox vacibdir.
Seymur Bənnayev
Sitat.info