"Vaqner" 2 mindən çox texnikanı Rusiya MN-ə təqdim etdi

\"Vaqner\" 2 mindən çox texnikanı Rusiya MN-ə təqdim etdi
Dünya 12 İyul 2023 20:00

Rusiya Silahlı Qüvvələri "Vaqner"dən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Vaqner"dən 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alınıb.

"Vaqner" yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.