Surovikinin harada olduğu açıqlandı

Surovikinin harada olduğu açıqlandı
Dünya 12 İyul 2023 17:12

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin hazırda məzuniyyətdədir.

Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

“Surovikin indi istirahət edir. Onunla əlaqə qurmaq mümkün deyil”, - o bildirib.

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.