UEFA “Qarabağ”a 28 minə yaxın ödəniş etdi

UEFA “Qarabağ”a 28 minə yaxın ödəniş etdi
Gündəm 12 İyul 2023 15:22

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

Sitat.info xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə “köhlən atlar”a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.