Macarıstan Ərdoğanın qərarını alqışladı

Macarıstan Ərdoğanın qərarını alqışladı
Dünya 11 İyul 2023 14:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsinin təsdiqi üçün parlamentə göndərilməsi ilə bağlı qərarını alqışlayıram.

Sitat.info xəbər verir ki, bunu Macarıstan Prezidenti Katalin Novak Tvitter hesabında deyib.

“NATO Sammiti ərəfəsində Baş nazir Viktor Orbandan Macarıstan parlamentinin də Alyansın genişlənməsinə ən qısa zamanda töhfə verməsi üçün mümkün olan hər şeyi etməyi xahiş etdim”, - Novak bildirib.