Türkiyənin iki əsgəri İraqda həlak oldu

Türkiyənin iki əsgəri İraqda həlak oldu
Dünya 10 İyul 2023 00:00

Türkiyənin iki əsgəri İraqın şimalında “Pəncə-Şimşək” əməliyyatı zonasında həlak olub.

Sitat.info xəbər verir ki, terrorçuların açdığı atəşi nəticəsində əsgərlər Həsən Taş və Furkan Günergök ağır yaralanıb.

Hər iki əsgər dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.