“Azəriqaz” İB-və media və QHT nümayəndələri ilə görüş olacaq

“Azəriqaz” İB-və media və QHT nümayəndələri ilə görüş olacaq
Gündəm 24 Mart 2022 14:15

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 25 mart saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.