Makron Almaniyaya səfərini təxirə saldı

Makron Almaniyaya səfərini təxirə saldı
Dünya 01 İyul 2023 17:44

Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.

Sitat.info xəbər verir ki, məluatı Almaniya Prezident Ofisi yayıb.

Səfərin təxirə salınmasına səbəb kimi Fransada baş verən iğtişaşlar göstərilib.

Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı Əlcəzair əsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.