Çuvaşiyanın baş prokuroru Volqa çayında boğuldu

Çuvaşiyanın baş prokuroru Volqa çayında boğuldu
Dünya 01 İyul 2023 16:52

Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Baş prokuroru Andrey Fomin Volqa çayında boğularaq ölüb.

Sitat.info xəbər verir ki, onun meyiti çayda tapılıb.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Qeyd edək ki, A.Fomin 1965-ci ildə anadan olub. 2020-ci ildən Çuvaşiyanın Baş prokuroru idi.