AzTV əməkdaşlarına hücuma Fransa səfrindən reaksiya

AzTV əməkdaşlarına hücuma Fransa səfrindən reaksiya
Gündəm 29 İyun 2023 13:08

Fransada AzTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənirəm.

Sitat.info xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.

"Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə səfir bildirib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.