Xorvatiya Qolodomoru soyqırım kimi tanıdı

Xorvatiya Qolodomoru soyqırım kimi tanıdı
Gündəm 28 İyun 2023 14:36

Xorvatiya parlamenti 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Sitat.info xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba qərara görə xorvatiyalı deputatlara minnətdarlığını bildirib:

"Bu tarixi səsvermə ilə milyonlarla qurbanın xatirəsini ehtiramla yad etdiyinə görə Xorvatiya parlamentinə minnətdaram. Qolodomor soyqırımının dünya tərəfindən tanınması sürətlə artmaqda davam edir".