Ruslar itkiləri barədə hesabat verməkdən qorxurlar - Reznikov

Ruslar itkiləri barədə hesabat verməkdən qorxurlar - Reznikov
Dünya 28 İyun 2023 13:57

Rusiya qoşunları Ukraynada işğal olunmuş ərazilərin itirilməsi barədə heç də həmişə öz rəhbərliyinə hesabat vermirlər, çünki bundan qorxurlar.

Sitat.info xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinə ağır itkilər verməkdə davam edir. Müdafiəçilərimiz Baş Qərargahın hələ ictimaiyyətə açıqlamadığı müəyyən nəticələrə nail olublar”, - Reznikov bildirib.