ABŞ Tayvanı kəşfiyyat aparatları ilə təmin etdi

ABŞ Tayvanı kəşfiyyat aparatları ilə təmin etdi
Dünya 27 İyun 2023 14:11

ABŞ Tayvan boğazında təhlükəsizlik imkanlarını artırmaq üçün JUMP 20 PUA-sı bağışlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Tayvanın Sahil Mühafizəsi İdarəsi məlumat yayıb.

Məlumata görə, ABŞ həmçinin, Tayvana qeyri-qanuni neft ticarəti, silahların yayılması, qeyri-qanuni balıq ovu və transsərhəd cinayət fəaliyyəti ilə mübarizə və dəniz fəlakətləriylə mübarizə üzrə təlimlər verəcək.