Qayıq qəzasından sonra xəbər alına bilməyən pakistanlı mühacirin ailəsindən Yunanıstana reaksiya
Yunanıstan sahillərində batan miqrant qayığında olan və fəlakətdən sonra ondan xəbər alınmayan keçmiş pakistanlı polis məmuru Seyid Əli Zainin atası Seyid Əli Rıza: “Yunanıstan vaxtında müdaxilə edib kömək etsəydi. çox insan xilas ola bilərdi”, - deyib.
Sitat.info xəbər verir ki, İyunun 14-də Yunanıstanın Peloponnes adasında Navarin şəhərindən 47 dəniz mili aralıda beynəlxalq sularda qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisinin batmasından sonra indiyədək 82 nəfərin cəsədi tapılıb, 104 nəfər xilas edilib.
“Alarm Phone” qeyri-hökumət təşkilatının məlumatına görə, təxminən 700 nəfərin olduğu gəmidə 300-dən çox pakistanlının olduğu bildirilir.
Təbii fəlakət dünya gündəmində yerini qoruduğu bir vaxtda Pakistanın Pəncab əyalətinin Qucrat bölgəsindəki Lalə Musa şəhərində matəm hökm sürür.
Seymur Bənnayev
Sitat.info