Qanı donduran hadisə: Körpələrini öldürüb dondurucuda gizlətdi!
Cənubi Koreyada iki yeni doğulmuş körpəsini boğmaqda və meyitlərini dondurucuda gizlətməkdə ittiham olunan qadın saxlanılıb.
Sitat.info xəbər verir ki, Adı açıqlanmayan 30 yaşlı ananın 2018 və 2019-cu illərdə dünyaya gələn körpələrini dünyaya gəldikdən bir gün sonra öldürdüyü açıqlanıb.
Qadın ifadəsində uşaqlara baxacaq gücü və imkanı olmadığı üçün bu yola əl atdığını deyib.
Seymur Bənnayev
Sitat.info