Brent markalı neftin bir barelinin qiyməti 73,33 dollar təşkil edir

Brent markalı neftin bir barelinin qiyməti 73,33 dollar təşkil edir
Dünya 23 İyun 2023 12:47

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 73,33 dollara satılır.

Dünən 77,20 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 74,14 dollarla tamamlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:21-ə olan bağlanış tarixi ilə müqayisədə 1,09 faiz azalaraq 73,33 dollar təşkil edib.

Qiymətlərin enməsinə qlobal bankların faiz artımı və bu il faiz dərəcələrinin daha da artacağına dair siqnallar səbəb olub.

Seymur Bənnayev

Sitat.info