Ukraynada rus təyyarələrini məhv etdilər

Ukraynada rus təyyarələrini məhv etdilər
Gündəm 22 Mart 2022 22:58

Ukraynanın hava hücumundan müdafiə sistemləri Slobojanski istiqamətində Rusiyaya məxsus bir pilotsuz uçuş aparatını və iki döyüş təyyarəsini vurub.

Redaktor.az "unian.net"ə istinadən xəbər verir ki, bu barədə “Şərq” Hava Komandanlığı məlumat yayıb.

Həmçinin, bildirib ki, bir qədər əvvəl Mariupolda da bir ədəd Rusiya təyyarəsi vurularaq sıradan çıxarılıb.