Meksikada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 37-yə çatıb

Meksikada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 37-yə çatıb
Dünya 20 İyun 2023 23:44

Meksikadakı son günlərdə təsirli olan istilər nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.

Sitat.info xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

İyunun əvvəlindən təsirli olan həddindən artıq istilər 37 nəfərin ölümünə səbəb olub.

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 426 nəfərin müraciət etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Ölkə ərazisində havanın temperaturunun 45 dərəcəyə qədər yüksəldiyi qeyd olunur.

Seymur Bənnayev

Sitat.info