Antalyada tornado istirahət edənlərə çətin anlar yaşatdı

Antalyada tornado istirahət edənlərə çətin anlar yaşatdı
Dünya 20 İyun 2023 23:32

Antalyanın Serik rayonunda güclü küləyin yaratdığı kiçik miqyaslı tornado istirahət edənlərə çətin anlar yaşadıb. Çimərlikdə qum fırtınasına səbəb olan tornado şezlongları və çətirləri uçurub.

Sitat.info xəbər verir ki, Serik rayonunun Boğazkent sahilində güclü külək kiçik diametrli tornado əmələ gətirib.

Otelin çimərliyində öz təsirini göstərən tornado qum fırtınası yaradaraq, əşyalarını xilas etmək istəyən istirahətçiləri çətin vəziyyətə salıb.

Sahil zolağı boyunca əsən güclü külək səbəbindən günəş şezlonqları və çətirlər uçub, bəzi istirahətçilər təşviş içində qaçmağa çalışıblar.

Seymur Bənnayev

Sitat.info