Ukrayna Rusiya ərazisini atəşə tutdu
Kursk vilayətinin (Rusiya) Xomutovski rayonunun Salnoye kəndi Ukraynadan atəşə tutulub.
Sitat.info xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt Teleqram kanalında yazıb.
“Xoşbəxtlikdən tələfat olmayıb. 2 ev və 2 yardımçı tikiliyə ziyan dəyib. Elektrik təchizatı da kəsilib. Vəziyyət imkan verən kimi bərpa işləri başlayacaq”, - Starovoyt bildirib.