Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir
Dünya 15 İyun 2023 19:02

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“Rəcəb Tayyib Ərdoğan cənab Putinin Türkiyəyə səfərə dəvətini təsdiqləyib. Planlar var, lakin konkret tarixlər hələ müzakirə edilməyib”, - Uşakov bildirib.