İsrail İranın silah anbarları vurdu

İsrail İranın silah anbarları vurdu
Dünya 14 İyun 2023 10:52

Qolan təpələrindən Dəməşqin cənub-qərbindəki əraziləri hədəf alan İsrail ordusu İrana bağlı qüvvələrin hərbi anbarlarını dağıdıb.

Sitat.info xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumatda bir hərbçinin öldüyü, silah-sursat anbarlarına ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, bu, 2023-cü il ərzində İsrail ordusunun 18-ci hücumudur. Cari ildə İsrail Suriyada silah və sursat anbarları, hərbi və logistika mərkəzləri də daxil olmaqla, 40 obyekti hədəf alıb.