BƏƏ naziri Ukraynaya getdi

BƏƏ naziri Ukraynaya getdi
Dünya 11 İyun 2023 14:15

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Məryəm Əlmheyri ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.

“Biz bu səfəri yüksək qiymətləndirir və bunu BƏƏ kimi nüfuzlu dövlətin Ukraynaya dəstəyinin sübutu kimi qiymətləndiririk. Aldığımız köməyə görə ürəkdən minnətdarıq və ümid edirik ki, dövlətiniz bu nəcib missiyanı davam etdirəcək”, - Zelenski görüş zamanı bildirib.