Tehranla Vaşinqton arasında danışıqlar... - Təvangər

Tehranla Vaşinqton arasında danışıqlar... - Təvangər
Dünya 10 İyun 2023 16:32

İran parlamentinin üzvü Müctəba Təvangər Nyu-Yorkda Tehran və Vaşinqton arasında sanksiyaların ləğvi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə o Tvitter hesabında paylaşım edib.

Millət vəkili razılaşmanın mümkünsüz olduğunu açıqlayıb:

“Amerika bloklanmış aktivlərin sərbəst buraxılması müqabilində İrandan nüvə güzəştləri almağa çalışır ki, bu da qanunlara və İranın maraqlarına ziddir”.