İsrail daha 25 fələstinlini həbs edib
İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın ediblər.
Sitat.info xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyindən yazılı açıqla verilib.
Əsgərlər 14-ü Nablusdan olan 25 fələstinlini saxlayıb.
İsrail tərəfindən həbslərlə bağlı heç bir açıqlama verilməyib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.
Seymur Bənnayev
Sitat.info