Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Gündəm 19 Mart 2022 10:16

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

APA-nın  məlumatına görə, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,55% azalaraq 4,86 ABŞ dolları təşkil edib.