Putin Krımdan imtina etdi - Aslund

Putin Krımdan imtina etdi - Aslund
Dünya 06 İyun 2023 17:35

Rusiyanın Kaxovka su elektrik stansiyasını bombalaması Ukraynaya qarşı müharibənin yeni mərhələyə qədəm qoymasıdır.

Sitat.info xəbər verir ki, bunu məşhur iqtisadçı Anders Aslund deyib.

“Putin Ukraynanı ələ keçirmək fikrindən əl çəkib. Kaxovkadakı bəndin dağıdılması Ukraynanın ümumi məhvinin başlanğıcıdır. Seldən ən çox Rusiyanın işğalı altında olan Dnepr çayının sol sahilindəki kəndlər əziyyət çəkəcək. Krım kanalına su axmasa, Krım artıq mövcud ola bilməz. Rusiya Prezidenti Vladimir Putin bəndi partlatmaqla Krımdan imtina etdi. Putin qoşunlarını mümkün qədər tez təxliyə etsə, yaxşı olar”, - Aslund bildirib.