Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın mövqelərinə və döyüş gəmilərinə zərbələr endirib

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın mövqelərinə və döyüş gəmilərinə zərbələr endirib
Dünya 06 İyun 2023 12:45

Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Şərqi Hərbi Zonada Ukraynanın mövqelərinə və zirehli texnikalarına zərbələr endirib. Həmin anlar kameralara düşüb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada hücumda "Su-25" tipli döyüş təyyarələrinin istifadə edildiyi bildirilib: "Şərq Hərbi Dairəsinin aviasiya qrupları xüsusi hərbi əməliyyat zonasındakı  Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektləri və texnikasına raket hücumu həyata keçirdiyi bildirilib".

Seymur Bənnayev

Sitat.info