İran Səudiyyə ilə koalisiya qurur?

İran Səudiyyə ilə koalisiya qurur?
Dünya 03 İyun 2023 18:45

İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimalında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.

"Sitat.info" xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani deyib.

O qeyd edib ki, bundan əvvəl İran və Oman bir neçə dəniz təlimi keçirib. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq dənizdə əməkdaşlıq etməyə hazırdır.