Ukraynada şəhərin mərkəzinə 109 boş uşaq arabası qoyuldu: Dəhşətə gətirən anım tədbiri

Ukraynada şəhərin mərkəzinə 109 boş uşaq arabası qoyuldu: Dəhşətə gətirən  anım tədbiri
Dünya 18 Mart 2022 21:20

Lvovun mərkəzi meydanında 109 boş uşaq arabası qoyulub.

Bu, Rusiya Ordusunun Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından bəri ölən uşaqların xatirəsi üçün edilib.

Aksiya iştirakçıları həm də bu yolla Rusiyanın ölkəyə hərbi müdaxiləsinə diqqət çəkərək dünya ölkələrini Ukrayna səmasını bağlamağa çağırırlar.